147
Fondun təşkilatçılığı ilə 2006-cı ilin aprelində Bakıda “Azərbaycan: sivilizasiyalara-
rası dialoqun keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransın, həmin ilin ok-
tyabrında Parisdə UNESCO-nun 60 illiyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq”
həftəsi çərçivəsində “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında” adı
altında tədbirin, 2007-ci ilin noyabrında Bakıda “Gənclər sivilizasiyaların alyansı na-
minə” beynəlxalq konfransın keçirilməsi də dövlət siyasətinin məntiqi davamı oldu.
Mehriban xanımın məqsədyönlü fəaliyyəti nəticəsində bu mövzu daha da aktuallaşdı
və özünü dünyada tolerantlığın ideoloji mərkəzi və praktik təcəssümü kimi təsdiq etmiş
ölkəmiz mühüm tədbirlərin təşəbbüskarı kimi çıxış etdi.
Ümumiyyətlə,Azərbaycanda sivilizasiyalararası dialoqun intensivləşdirilməsi yolunda
siyasətçilərin, alimlərin, din və mədəniyyət xadimlərinin qarşısında geniş perspektivlər
mövcuddur, mədəniyyətlərin qarşıdurması təhlükəsinin dəf edilməsi üçün gözəl zəmin
yaradılmışdır. Təsadüfi deyildir ki, bu gün dünyanın tanınmış elm, mədəniyyət və din
xadimləri Bakıda toplaşır və sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində səmərəli
iş aparırlar. 2008-ci ildə Bakıda Avropa Şurasına Üzv Ölkələrin Mədəniyyət Nazirlərinin
Toplantısına İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin, nazirlərin, 2009-cu ildə
isə İƏT-ə üzv ölkələrin nazirlərinin Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələri
nazirlərinin dəvət olunması sivilizasiyalararası dialoqun inkişafında dönüş nöqtəsi oldu.
Mehriban Əliyeva və onun komandası bu
qarma-qarışıq dünyada sülhün möhkəm-
lənməsi üçün, tolerantlığa nail olmaq üçün
çalışır.
Əli Doğramacı
Bilkənt Universitetinin
İdarə Heyətinin sədri