148
Multikulturalizmin mərkəzi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal
məsələlərin müzakirə olunduğu məkan kimi tanınan ölkəmiz daha sonra Dünya Dini
Liderlərinin Bakı Sammitinə (2010), Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu-
na (2011, 2013), Bakı Beynəlxalq Humanitar Forumuna (2011-2013) və digər beynəlxalq
tədbirlərə ev sahibliyi etmişdir. Burada təşkil olunan hər bir tədbir iştirakçı ölkələrin
sivilizasiyalararası dialoqun təşviqinə cəlb olunmasına, həm dövlətlər, həm də bey-
nəlxalq təşkilatlar arasında daha konstruktiv əməkdaşlığın yaranmasına və inkişafına
xidmət edir.