159
Siz mənə səs verməklə, sizin və
balalarınızın ümidlərinin gerçəkləşməsinə
səs vermisiniz.
Mehriban Əliyeva
Mehriban xanımMilli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yet-
kinlik nümunəsi göstərir.
Hələ 2005-ci ildə məlum olanda ki, üçüncü çağırış Azərbaycan Respublikası Milli
Məclisinə keçiriləcək seçkilərdə Mehriban xanımın deputatlığa namizədliyi irəli sü-
rüləcək, Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşlar onun namizədliyinin
məhz onların dairəsindən irəli sürülməsi təşəbbüsü ilə çıxış etməyə başladılar. Meh-
riban xanım ölkə Prezidenti ilə birlikdə Azərbaycanın müxtəlif regionlarında səfərdə
olarkən ona çoxsaylı müraciətlər olunurdu ki, namizədliyi həmin rayondan verilsin. İc-
timaiyyətin bu müraciətləri bir həqiqətə əsaslanırdı: hamı aydın başa düşürdü ki, Meh-
riban xanımın Milli Məclisdə hansısa rayonu təmsil etməsi həmin regionun yüksəlişi,
burada yaşayan insanların sosial-iqtisadi problemlərinin həlli, infrastrukturun yeniləş-
dirilməsi demək idi. O, öz seçimini etmişdi. Azərbaycan Respublikası Milli Məclisinə
deputatlığa namizədliyi 14 saylı Əzizbəyov (indən sonra Xəzər) 2-ci seçki dairəsindən
irəli sürülmüşdü. Təbii ki, bu seçim təsadüfi olmamışdı. Özünün də söylədiyi kimi, Bakı
kəndləri onun üçün doğmadır və tezliklə bu kəndlərdə böyük dəyişikliklərin olacağını
vəd edirdi. “Mən öhdəmə götürdüyüm hər bir işə çox böyük məsuliyyətlə yanaşıram.
Hər zaman öz fəaliyyətimdə çalışmışam bir neçə amala əsaslanım. Bunlar vətənpər-
vərlik, insansevərlik və mərhəmətlilikdir”
47
deyən Mehriban xanım Xəzər rayonunda
öhdəsinə götürdüyü hər bir işi vaxtında həll etdi.