160
Adətən, seçkiqabağı təşviqat dövründə maraqlı ideyalar gündəmə gətirilir. Depu-
tatlığa namizədlər seçki zamanı vətəndaşların dəstəyini qazanmaq üçün xalqa doğru
gedərək, ardıcıl görüşlər keçirir, bir-birindən fərqli platformalar açıqlayırlar. Belə bir
təsəvvür yaranır ki, bu platformalarda irəli sürülən müddəalar real işə çevrilərsə, qısa
müddətdən sonra konkret ərazilərin bütün problemləri öz həllini tapacaqdır. Mehri-
ban Əliyevanın deputatlıq fəaliyyətini fərqli edən ən əsas məqam isə bundan ibarətdir
ki, o, seçicilər qarşısına pafoslu platformalarla çıxmamış, sadəcə mövcud çətinlikləri
dəqiqliklə öyrənmiş, seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılan
məsələlərin həlli, verilmiş vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədi
ilə Bakıətrafı qəsəbələrə səfərlərini parlament seçkilərindən sonra daha da intensivləş-
dirmişdir
48
.