163
Mehriban xanım seçkiqabağı görüşlərə gəlməzdən əvvəl Xəzər rayonunun iqtisadi
potensialını, başlıca problemlərini, əhalini narahat edən məsələləri diqqətlə öyrənir,
əldə edilən məlumatları ümumiləşdirir, qəsəbələrin hər biri üçün yaxın iki ili əhatə
edən kompleks tədbirlər planı tərtib etdirirdi. Qəsəbələrin hər birində məktəb, xəstəxa-
na, idman kompleksi, klub və kitabxanaların inşası, təmirə ehtiyacı olan obyektlərdə
əsaslı yenidənqurma işlərinin aparılması, yol, nəqliyyat, su, təbii qazla təminat sahəsin-
dəki xeyli problemlərin yaxın vaxtlarda həlli prioritet məsələlər kimi tədbirlər planında
öz yerini tuturdu.
O, rayonun bütün kəndlərini bir-bir gəzir, oradakı şəraitlə tanış olurdu. Əksər ob-
yektlərdə vəziyyət ağır idi, binalar yararsız, maddi-texniki baza köhnə idi. Mehriban xa-
nım köhnə binaların əsaslı təmirinə, yaxud yenidən tikilməsinə ehtiyac olduğu halda
monitorinqlərin aparılmasını və mütəxəssislərin rəyindən sonra dərhal işə başlamağı
tapşırırdı.