164
İlk zamanlar Mehriban xanımın Xəzər rayonunda ictimaiyyətlə görüşlərinin keçi-
rilməsi üçün müvafiq yer müəyyən edə bilmirdik. Rayonda normal şəraiti olan mədə-
niyyət mərkəzi belə yox idi, görüşləri köhnə məktəb binalarının akt zalında keçirmək
məcburiyyətində idik. Elə o vaxtlar Mehriban xanımın tapşırığı ilə rayonda mövcud
olan problemlərin ardıcıl və vaxtında həyata keçirilməsi məqsədi ilə Əzizbəyov rayo-
nunun İnkişafı Fondu (ind. Xəzər İnkişaf Fondu) təsis edildi. Bu gün artıq Xəzər rayonu
tamamilə yeni mənzərəyə malikdir. İnsanları ən çox narahat edən problemlər uğurla öz
həllini tapıb. Yeni yollar çəkilib, parklar salınıb, təhsil, tibb, mədəniyyət obyektləri isti-
fadəyə verilib. Bir neçə il bundan əvvəl heç bir rayon sakininin ağlına belə gəlməzdi ki,
rayonun siması qısa müddət ərzində tamamilə dəyişəcək. Mehriban xanım öz fəaliyyəti
ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz
sayıla biləcək heç bir problem yoxdur.
İnsanların inamını qazanmış Mehriban xanım 2005-ci il noyabrın 6-da Milli Məc-
lisə keçirilmiş seçkilərdə 92,12% (23106 səs) səs, 2010-cu il noyabrın 7-də keçirilmiş seç-
kilərdə isə 94,49% (31797 səs) səs toplayaraq deputat seçildi.
O, deputat olmazdan əvvəl də artıq uzun
illər ərzində çox fəal ictimai işlər görürdü.
Bu, həm xəstələrə, uşaqlara və aztəminat-
lı insanlara yardım, həm sosial və mədəni
proqramlar idi. Buna görə də onun seç-
kilərdə asanlıqla qalib gələcəyinə bizim heç
bir şübhəmiz yox idi.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti