177
Mehriban xanımın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqam-
lardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq geniş-
miqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. Bununla o, in-
san hüquqlarının qorunmasına, vətəndaş cəmiyyəti ideyalarının ictimai şüurda daha
da möhkəmlənməsinə, cəza siyasətinin humanistləşdirilməsi prosesinə böyük töhfə
vermiş oldu.
Müasir qloballaşma dövründə hər bir sivil cəmiyyətdə insan hüquqlarının təmina-
tına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən amnistiya
aktları olduqca yüksək dəyərləndirilir. Amnistiya humanizm, mərhəmət hissinin mü-
cəssəməsi olub, cinayət törətmiş şəxslərin və məhkumların vəziyyətini yüngülləşdirir.
Azadlıq ölçüsü və sərbəst fəaliyyət meyarına çevrilən amnistiya aktları özlərində ciddi
təbliğati-siyasi məzmun ehtiva etməklə, dövlətlərin beynəlxalq nüfuzunun formalaş-
masına da mühüm təsir göstərir
50
.
2007-
ci il mayın 8-də Mehriban xanımın hazırladığı “Azərbaycan xalqının ümum-
milli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihə-
sinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, “...səhv etmiş, cinayət törətmiş
insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxın-
larına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən in-
sanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbay-
canın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”
51
.
Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərə-
findən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əx-
laqi və siyasi məzmun daşımışdır
52
.
Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Hey-
dər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi həm də humanist dəyər-
lərin ictimai şüurda möhkəmlənməsinə imkan yaratmışdır. Mehriban xanımın bu ad-
dımı ictimaiyyət tərəfindən səmimiyyətə söykənən xeyirxahlığın növbəti təcəssümü
kimi dəyərləndirildi. O, bu nəcib təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə
də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən
9000
nəfər azadlığa buraxılmışdır. Yekdilliklə qəbul olunan amnistiya aktları Mehriban
xanımın insanpərvərlik, humanizm və ədalət kimi ali dəyərlərə sadiqliyini, insan və
vətəndaş hüquq və azadlıqlarına həssas münasibətini əks etdirdi.