178
Onu dövlətimizin gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən layihələri həyata
keçirməyə sövq edən yenə də xalqına olan istəyidir. Azərbaycanın tarixi həqiqətlərinin,
o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, onun nəticəsin-
də ölkəmizə vurulan ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərərin, işğal
olunmuş ərazilərdə törədilən vandalizmin əsl mahiyyətinin dünya ictimaiyyətinə çat-
dırılmasını o, Heydər Əliyev Fondunun əsas hədəflərindən biri kimi müəyyən etmişdir.
Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasını,
20
mindən artıq insanın həlak olmasını, 50 mindən çox adamın yaralanmasını və əlil
olmasını, 1 milyondan çox insanın öz doğma torpağından didərgin düşərək, qaçqın və
məcburi köçkün vəziyyətində yaşamasını – bütün bu hadisələri, faktları Dağlıq Qarabağ
münaqişəsinin əsl səbəb və dəhşətli nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, in-
formasiya blokadasını yarmaq, erməni diasporu tərəfindən yayılan yalan və uydurma-
ları ifşa edib qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühümyer
tutub.
Bu istiqamətdə ilk addım 2004-cü ilin sonlarında atıldı. Həmin vaxt Heydər Əliyev
Fondunun ilk genişmiqyaslı layihələrindən birinə başladıq. Bu, Azərbaycan həqiqətləri-
nin internet şəbəkəsi vasitəsilə dünyaya yayılmasına, xalqımızın min illər boyu yaratdı-
ğı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılmasına xidmət edən “Azərbaycan” internet
portalının yaradılması layihəsi idi. Mehriban xanım tərəfindən qarşımıza məqsəd qo-
yulmuşdu – materialların əhatəliyinə, istifadə olunmuş internet texnologiyalarına görə
respublikada analoqu olmayan portal yaratmaq. Erməni lobbisinin Azərbaycana qarşı
informasiya müharibəsinin apardığı bir dövrdə qısa müddət ərzində Azərbaycan reallıq-
larının təbliği baxımından müstəsna əhəmiyyət daşıyan portalın yaradılması ölkəmiz
üçün çox əlamətdar bir hadisə idi. Portalın təqdimat mərasimində Mehriban xanım
qarşımıza qoyulmuş məqsədi təfərrüatı ilə açıqladı: “Ölkəmizin beynəlxalq imicinə zər-
bə vuran, böhtan, yalan yayan, yanlış mövqeli, o cümlədən xalqımızın ən böyük proble-
mi olan Dağlıq Qarabağ münaqişəsi barədə Ermənistanın mövqeyini əks etdirən külli
miqdarda müxtəlifdilli saytlar da mövcuddur. Məhz bütün bunlara görə biz “Azərbay-
can” portalının yaradılmasını çox zəruri hesab etdik. Bunu vaxtında atılmış bir addım
kimi qiymətləndiririk. Əminəm ki, ölkəmizin ən qədim tarixindən tutmuş bugünkü
reallığına qədər dövrü özündə əks etdirən bu portal çox problemlərin həllində mühüm
rol oynayacaqdır”
53
.
Bizimməqsədimiz Azərbaycan
həqiqətlərini bütün dünyaya çatdırmaq və
məkrli erməni təbliğatını ifşa etməkdir.
Mehriban Əliyeva