183
Münaqişə haqqında həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasını
əsas hədəf kimi qarşımıza qoyan Mehriban xanım müxtəlif dillərdə Qarabağın tarixi,
o vaxtlar bir çox ölkələrin az məlumatlı olduğu Xocalı faciəsi, erməni terror təşkilatla-
rının Azərbaycana qarşı fəaliyyəti, erməni təcavüzünün nəticələri haqqında müfəssəl
məlumatın toplandığı və oxucunun üstündə gəzdirə biləcəyi qədər rahat formatda ha-
zırlanmış nəşrlərin çap olunmasını tapşırdı. “Xocalıya ədalət” kampaniyası çərçivəsin-
də dünyanın bir çox ölkəsində hər il keçirilən aksiyalarda yüz minlərlə belə bukletlərin
paylanılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq
ictimaiyyəti düzgün məlumatlandırmaq baxımından strateji bir addım oldu. Bütün bu
məqsədyönlü səylərin nəticəsində bu gün bir neçə ölkənin XX əsrin ən dəhşətli soyqırı-
mı hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuş Xocalı faciəsini rəsmən soyqırı-
mı kimi qəbul etməsi hədəfimizə doğru inamla addımlamağımıza təkan verir.