184
Mehriban xanım iştirak etdiyi hər tədbirdə xalqımızın ən ağrılı problemi olan Ermə-
nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin beynəlxalq icti-
maiyyətə çatdırılmasına xüsusi diqqət yetirir və buna nail olur. O, bütün xarici səfərlə-
rində Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsindən, ölkədə 1 milyondan çox
qaçqın və məcburi köçkünün olmasından, mədəni irsimizin Ermənistanın təcavüzünə
məruz qalmasından danışır və dünya ictimaiyyətini Ermənistanın işğalçı siyasətinə son
qoymaq üçün təsirli tədbirlər görməyə çağırır: “Dünya birliyi tərəfindən Azərbaycanın
ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun
illərdir ki, Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Ölkə ərazisinin 20 faizi işğal
altındadır, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbay-
can münaqişənin beynəlxalq hüquq normaları əsasında tezliklə həllinin tərəfdarıdır.
BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır və ölkəmizin ərazi
bütövlüyü bərpa edilməlidir”
55
.