187
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin köklərinin XX əsrin 80-ci
illərinə deyil, ondan daha neçə-neçə illər əvvələ gedib çıxdığını faktlarla beynəlxalq ic-
timaiyyətə çatdırmaq məqsədi ilə Mehriban xanımın təşəbbüsü ilə ardıcıl məqsədyönlü
tədbirlər həyata keçirilir.
2007-
ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən
aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında Qubanın müsəlman əhalisinə
qarşı ermənilər tərəfindən törədilmiş soyqırımının əyani sübutu olmuşdur. Tədqiqat iş-
lərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədi-
nin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara,
qalanları isə əsasən yaşlı kişilərə aiddir.
Ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqla-
rında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı,
Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və
digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX
yüzilliyin ən faciəli soyqırımlarından biri törədilmişdir. 1918-ci ilin aprel-may aylarında
yalnız Quba qəzasında 167 kənd tamamilə dağıdılmış, Quba şəhərinin özü isə talanlara
və yanğınlara məruz qalmışdır.