188
Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün
ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə
çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və
soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respubli-
kasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhə-
rində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar verildi.
Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihə nəticəsində 2011-2013-cü
illərdə Quba şəhərində Memorial kompleks inşa edildi. Tarixçilər, etnoqraflar, tədqiqat-
çılar və bir sıra başqa mütəxəssislərdən ibarət yaradılmış işçi qrupunun hər mərhələdə
gördüyü işlər barədə Mehriban xanıma davamlı olaraq məruzələr edilirdi. Azərbaycan
torpaqlarında “böyük Ermənistan” yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə
bütün ölkə hüdudlarında Azərbaycan xalqına qarşı törətdiyi cinayətkar əməllərin dünya
ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq bu muzey yaradılarkən binanın
layihəsindən tutmuş ən xırda detallara kimi hər şey Mehriban xanımla bilavasitə razı-
laşdırılırdı. Azərbaycanda ilk dəfə olaraq yaradılan soyqırımı abidə-memorial komplek-
sinin açılışında iştirak edən Prezident İlham Əliyev Heydər Əliyev Fondunun məkrli
erməni təbliğatının ifşası istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirərək demiş-
dir: “Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada soyqırımı kimi tanıdılmasın-
da çox böyük işlər görür. Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında da
Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. “Xocalıya ədalət!”
kampaniyasının başlanması və uğurla davam etdirilməsində də Heydər Əliyev Fondu,
bizim diaspor təşkilatlarımız və əlbəttə ki, Azərbaycan dövləti bir nöqtəyə vurur və artıq
tədricən istədiyimizə nail oluruq”
56
.