17
Mənim tanıdığım Mehriban Əliyeva böyük vətənpərvərdir. Mənim üçün o, yük-
sək mədəniyyət, ziyalılıq, bilik və bacarığını xalqına xidmətə yönəldən vətənpərvərlik
simvoludur. Onun təşəbbüsü ilə həyata keçirilən çoxsaylı layihələrin ortaq xətti milli
dəyərlərin qorunması və onların ictimai şüurda möhkəmlənməsidir. İrəli sürdüyü hər
bir təşəbbüs, rəhbərliyi ilə həyata keçirilən hər bir layihə – istər mədəni irsimizin təbli-
ği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, istərsə də gənc nəslin
sağlam mühitdə böyüməsi, təhsil və səhiyyə sahəsindəki əvəzsiz xidmətləri milli ma-
raqlara söykənir.
Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyət-
lərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli
xidmət məramı dayanır. Azərbaycanın birinci xanımı bir ictimai-iqtisadi formasiyadan
digərinə keçidlə bağlı cəmiyyətdə uzun illərdən bəri yığılıb qalan, insanları narahat
edən problemləri dəqiq müəyyənləşdirməyə, onların həlli üçün səmərəli tədbirlər planı
hazırlamağa və qısa müddətdə maksimum nəticələr əldə etməyə çalışır
7
.
İti müşahidəçilik qabiliyyətinə malikdir. Görüşlər, təbdirlər zamanı heç nə diqqətin-
dən kənarda qalmır, illər öncə müşahidə etdiyi hadisəni bütün təfərrüatı ilə xatırlaya
bilir. Hər şeyə praqmatik yanaşır, dərindən təhlil edir və düzgün qərar verməyi bacarır.
Artıq bir faktı danılmaz həqiqət kimi qəbul etmişəm ki, Mehriban xanımın fəaliyyətin-
də hər şeyin öz vaxtı var. Ən xırda təfərrüatları belə təhlil etmədən qərar vermir. Onun
bu keyfiyyətləri olmasaydı, qarşıya çıxan maneələri aradan qaldırmaq, layihələri uğurla
həyata keçirmək, təbii ki, mümkün olmazdı.