18
Yəqin ki, onun kamil şifahi nitqində, çıxışlarında səmimiyyətin nikbinliklə birgə
səsləndiyini hər bir insan sezir. Cəsarətlə fikirlərini açıqlayır və hər hansı bir problemin
aradan qaldırılmasına yönələn qətiyyətli ifadələr söyləyir. Birinci beynəlxalq rus kitabı
festivalının iştirakçıları ilə Heydər Əliyev Fondunda keçirilən görüşdə dünya şöhrətli
yazıçı Çingiz Aytmatov Mehriban xanımın söhbətlərini dinlədikdən sonra ona bu sözlə-
ri dedi: “Mən bayaqdan Sizinlə söhbət edirəm, Sizə qulaq asıram, öz-özümə düşünürəm
ki, rus dilində belə səlis, mənalı, ağıllı çıxışı mən heç zaman eşitməmişəm...”.
Təbiət ona incə yumor hissi və həyatsevərlik kimi nadir sərvətlər bəxş edib. O, hər
kəsə nəsib olmayan böyük bir qabiliyyətin – insanları sevmək qabiliyyətinin sahibidir.
Bu sevgi qeyri-adi dərəcədə hüdudsuzdur. Həyatda nə edirsə sevgi ilə edir. Mən deyər-
dim ki, o, insanları sevməklə özünü insanlara sevdirib.
M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunda tibb elminin incəliklərinə
dərindən yiyələnmiş, bu sahədəki nəzəri biliklərini uzun illər ərzində əldə etdiyi vər-
dişlərlə ümumiləşdirərək təcrübəli ictimai xadim kimi formalaşan Mehriban xanım
dissertasiya mövzusunda da öz peşəsini – həkimliyi əməli fəaliyyətində əsas tutdu-
ğu amillə – humanistliklə əlaqələndirmişdir. Fəlsəfə elmləri namizədi olan Mehriban
xanımın dissertasiya mövzusu “Eftanaziya və təbabətdə humanizm problemi” olub:
Mən humanizm tərəfdarıyam və mənin üçün insan həyatı hər şeydən üstündür. Efta-
naziya çoxşaxəli bir sahədir. Onun öyrənilməsi bir neçə elmin əsasında mümkündür.
Məsələn, fəlsəfə, teologiya, tibb və etika. Bizim hamımızın müəyyən həyat təcrübəmiz
var. Lakin heç kəsin ölüm təcrübəsi ola bilməz. Bizim eftanaziya ətrafında fikirlərimiz
mövcudluq və qeyri-mövcudluq arasındakı sərhədə yaxınlaşma cəhdindən ibarətdir.
Müasir texnologiya ölümü hadisədən prosesə çevirib. İnsanın “bitki” kimi borular-
la əhatə olunmuş mövcudluğunu həyat adlandırmaq olarmı? Həkimin xoş niyyətini
praqmatik qərəzdən necə ayırmaq olar? Burada cavabdan çox sual var. Mən öz işimdə
onların bir qisminə cavab verməyə çalışmışam...”
8
.