207
...250
nəfərin iştirak edəcəyi möhtəşəm tədbirin başlanmasına bir neçə saat qalırdı.
Hər bir tədbirdən öncə olduğu kimi, bütün incəliklər düşünülmüş,mərasim açıq havada
keçirildiyinə görə əvvəlcədən hava proqnozu ilə mütləq şəkildə tanış olmuşduq. Birinci
Avropa Oyunlarının ölkədən kənarda ilk təqdimatını yüksək səviyyədə keçirmək üçün
xüsusi proqram tərtib olunmuş və tədbirin atəşfəşanlıqla yekunlaşması nəzərdə tutul-
muşdu. Gözlənilmədən hava şəraiti kəskin dəyişdi və yağış yağmağa başladı. Belə şəra-
itdə təqdimat mərasiminin planlaşdırıldığı kimi açıq havada keçirilməsi, çətin ki, baş
tutardı.Təbiət qarşısında gücsüzlüyümüzü qəbul edib istehza ilə nə edəcəyimizi soruşan
insanlara nə cavab verəcəyimizi bilmirdik. Gözümün önündə illər öncə baş vermiş oxşar
hadisə canlandı. 2011-ci ilin sentyabr ayı idi. Mehriban xanımın təşəbbüsü ilə Qala Döv-
lət Tarix Etnoqrafiya Qoruğunun ərazisindəki abidələrin qorunması, Abşeronda aşkar
edilən arxeoloji tapıntılar hesabına qoruğun zənginləşdirilməsi məqsədi ilə açıq səma
altında yaradılmış Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisindəki Qala
Əntiq Əşyalar Muzeyinin açılış mərasimi idi.Tədbirdə Fondun prezidenti ilə yanaşı, Pre-
zident İlhamƏliyevin də iştirakı gözlənilirdi. Gözlənilmədən aramsız yağmağa başlayan
yağış bizi aciz vəziyyətə salmışdı. Əlimizdən heç nə gəlmirdi və biz sanki bir möcüzənin
olacağını gözləyirdik. Tədbirin başlanmasına 15 dəqiqə qalmış hava açıldı, yağış kəsdi və
tədbir öz axarı ilə baş tutdu. Bu, bizim üçün əsl möcüzə idi. ...İndi Kannda bu hadisəni
xatırlayarkən yenidən bir möcüzənin baş verməsini gözləyirdim. Hər kəsin gözü saata
və dayanmadan yağan yağışa, göyə dikilmişdi. Tədbirin başlanmasına çox az vaxt qa-
lırdı... Və yenə də o möcüzə baş verdi. Qəflətən yağmağa başlayan yağış elə qəflətən də
kəsdi, qızmar yay günəşi çıxdı, saatlarla barjaları suya endirməyə imkan verməyən dal-
ğalar yatdı və tədbiri yüksək səviyyədə keçirməyə müvəffəq olduq. İndi hər iki hadisəni
xatırlayarkən, düşünürəm, görəsən, 2008-ci ildə möcüzə kimi qəbul etdiyim hadisənin
ölkəmizdən uzaqlarda, Fransada təkrarlanmasının öz nəcib əməlləri ilə minlərlə insa-
nın sevincinə səbəb olmuş Mehriban xanımla həqiqətən bir bağlılığı vardırmı?...