208
O, bütün çıxışlarında Azərbaycanın Birinci Avropa Oyunlarını Yay Olimpiya Oyun-
ları səviyyəsində keçirmək əzmində olduğunu vurğulayır və oyunlara hazırlıq üçün çox
az vaxt olmasına baxmayaraq, bu yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün
tədbirlərin vaxtında görülməsinə şəxsən nəzarət edir.Avropa Olimpiya Komitəsinin nü-
mayəndə heyəti Bakıya dəfələrlə səfər edərək görülən işlərlə tanış olmuş və ölkəmizdə
mövcud olan və yaradılan idman infrastrukturunun yarışların yüksək səviyyədə keçiril-
məsinə imkan verəcəyinə əminliyini bildirmişdir.
İndi hər kəs səbirsizliklə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını gözləyir, çünki
hər kəs bu oyunların təntənəsinə, yarışların idman tarixinə həm ilk, həm də ən yad-
daqalan oyunlar kimi daxil olacağına inanır.
Heydər Əliyev Azərbaycan dövlətini
qurmaqla, müstəqil Azərbaycan
dövlətçiliyini yaratmaqla yanaşı, onun
əbədiyyətə qədər var olmasını təmin
edən böyük bir yol göstərmişdir. Bu yolu
Prezident İlham Əliyev və ona hər zaman
dayaq olan Mehriban Əliyeva çox böyük
məharətlə davam etdirirlər.
Fəttah Heydərov
Azərbaycan Ağsaqqallar Şurasının
sədri