21
Mehriban Əliyeva onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq və
humanizm mücəssəməsi kimi qalır. O, sadəliyi, səmimiyyəti, yüksək mədəniyyəti,
həqiqətpərəstliyi və doğruluğu ilə hamını heyran edir. Mehriban xanım insan qəlbinin
dərin bilicisidir. İnsansevərlik sanki onun qanına hopub. Bəlkə də məhz elə bu xüsusiy-
yətinə görə çətinliklə üzləşən sıravi vətəndaşlar ondan kömək umurlar.
O, hər zaman köməyə ehtiyacı olan insanların yanında olur, onları dəstəkləyir.
2005-
ci ilin iyununda Bakı metropoliteninin “Bakı Soveti” (indiki “İçərişəhər”) stan-
siyasında qəza baş vermişdi. Mehriban xanım xəsarət alan insanlara şəxsən baş çək-
məyi qərara aldı. Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasını ilk ziyarət
edənlərdən biri məhz biz olduq. Bu, heç də Fondun vəzifələrindən asılı olaraq atılmış
bir addım deyildi. Bir daxili tələbat olaraq, insanların yardıma ehtiyacı olduğu vaxt
onlara mənəvi dəstək olmağı özümüzə borc hesab edirdik. Mehriban xanım həyəcanlı
idi. Yaralananların hər birindən ayrı-ayrılıqda hal-əhval tutdu, müalicələrinin gedi-
şi ilə maraqlandı. Onların tezliklə sağalması üçün bütün tədbirlərin görüləcəyini və
xərclərin Heydər Əliyev Fondu tərəfindən qarşılanacağını söyləyən Mehriban xanım
xəsarət almış insanların doğmalarına səbirli və təmkinli olmağı arzuladı.
Çox təvazökar insandır. Bəzən hər hansı bir xeyriyyə aksiyasını keçirməzdən əvvəl
kütləvi informasiya vasitələrinin orada iştirakını sual altına qoyur. Bunun mümkünsüz
olması onu bəzən sıxır: “Ömür boyu mənim həyat amalım belə olub ki, etmək istədiyin
yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhru-
mam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o,
ictimaiyyətin diqqətini cəlb etməsin. Bu, kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi
yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən
tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur”
9
.
Ötən əsrdə xalqımızın başına gətirilmiş müsibətlərin bəlkə də ən dəhşətlisi və bən-
zərsizi olan 20 Yanvar faciəsinin ildönümlərindən biri idi. Ucu-bucağı görünməyən in-
san seli hər il olduğu kimi, həmin gün də aramla, səbirlə şəhidlərimizin ziyarətgahına
doğru irəliləyirdi. Telekameralar usanmadan, matəm musiqisi altında gedən bu prosesi
canlı yayımlayırdı. İzdihamın içində ara-sıra tanınmış simalar da gözə dəyirdi, amma
axşama az qaldığından ziyarətə gələnlərin böyük əksəriyyəti adi vətəndaşlar idi. Elə bu