22
vaxt kameraların “nəzərləri” iki qızı ilə sakit-sakit şəhid məzarlarına doğru irəliləyən
qara paltarlı kübar bir xanıma dikildi. O anda vətənpərvər tamaşaçının keçirdiyi hisləri
matəm qarışıq sevinc” kimi ifadə etmək olardı. Çünki həmin xanım bir özgəsi deyil,
Prezidentin həyat yoldaşı, ölkənin birinci xanımı Mehriban Əliyeva idi. Övladlarını da
yanına alıb, xalqının müqəddəs kədərini əlahiddə şəkildə yox, onunla bir yerdə, onunla
bərabər hüquqda bölüşməyə gəlmişdi. Bu adi hərəkət Azərbaycan xalqının öz müstəqil-
liyi, ərazi bütövlüyü uğrunda qurban verdiyi şəhidlərin xatirəsinə dərin ehtiramın bən-
zərsiz rəmzi məna kəsb edən təzahürü kimi yaddaşlara həkk olundu
10
.
Bu, təsadüfi bir addım deyildi. O, hər il 20 Yanvar faciəsinin ildönümündə doğma
xalqımızla birgə, bir sırada addımlayaraq şəhidlərin əziz xatirəsinə öz ehtiramını ifadə
edir. Faciənin növbəti ildönümlərindən biri yenə də şaxtalı qış gününə təsadüf etmişdi.
Heydər Əliyev Fondunun əməkdaşları Şəhidlər xiyabanına keçmək üçün insan axınında
təmkinlə öz növbəsini gözləyirdi. Mehriban xanımın da xiyabana gəlməsi həmin vaxta
təsadüf etdi. Fondun əməkdaşlarını görən Mehriban xanım bizə yaxınlaşdı və müha-
fizə xidmətinin təkidlə onun növbədənkənar keçməsini tövsiyə etməsinə baxmayaraq,
kollektivin önünə keçib öz növbəsini gözləməyə başladı. Onun ölkəmizin müstəqilliyi,
torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin məzar-
larını çovğunlu qış günündə xiyabana gələn sadə insanlarla birlikdə ziyarət etməsi hər
kəsə böyük qürur hissi yaşatdı.