31
Mehriban xanımın istər valideyn himayəsindən məhrum olmuş uşaqlarla, tənha
qocalarla, təhsil, səhiyyə, mədəniyyət işçiləri ilə görüşlərində, istərsə də Heydər Əliyev
Fondunda, xarici səfərlərdə təmasda olduğu siyasətçilərlə, elm, mədəniyyət xadimləri
ilə ünsiyyətində diqqəti birinci cəlb edən onun təbiətindən, genindən gələn səmimiy-
yət, ziyalılıq, xeyirxahlıq, insanpərvərlik və nəciblikdir
14
.
Mehriban xanımla görüşmək səadəti kimə nəsib olubsa, hamı onun xeyirxahlığını
görüb. Onun bütün fəaliyyəti xalqına xidmətin misilsiz nümunəsidir. 2005-ci ilin may
ayında Prezident İlham Əliyevin Gəncə və Goranboya səfəri çərçivəsində Mehriban xa-
nım fürsət tapıb buradakı təlim-tərbiyə müəssisələrinə baş çəkdi və mövcud problem-
lərlə maraqlandı. Bakıya çatar-çatmaz Mehriban xanım həmin müəssisələrə mikroav-
tobusların və əlil arabalarının çatdırılmasını tapşırdı. O zaman həmin tapşırığı yerinə
yetirərkən biz insanların hədsiz sevincinin şahidi olduq və Mehriban xanımın növbəti
xeyirxahlıq missiyasında belə bir öhdəliyin üzərimizə düşməsindən qürur duyduq.
İnsanlara daim xeyirxahlıq etmək Mehriban xanımın ən ali məramıdır. Xeyriyyəçi-
liyin ictimai əhəmiyyətindən danışarkən o, vurğulayır ki, “...xeyriyyəçilik cəmiyyətdə
mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasi-
bətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət tə-
sir göstərir.Axı çətin məqamda başqalarından dəstək almış insan özü də, imkan daxilin-
də, başqalarına kömək göstərməyə daha çox meyil edəcəkdir. Beləliklə, cəmiyyətimizdə
xeyirxah işlər dairəsi”, qarşılıqlı kömək və dəstək sistemi yaranır ki, bu da son nəticə-
də insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhval-ruhiyyəsinə
müsbət təsir göstərir”
15
.
2004-
cü ilin sentyabrında Moskvada azərbaycanlı ailəsində bir dəfəyə 6 uşaq – üç oğ-
lan, üç qız dünyaya gəlmişdi. Maddi durumu bir o qədər də yaxşı olmayan gənc ailənin
Mehriban xanımın tapşırığı ilə mənzillə təmin edilməsi Vətənindən uzaqda olan azər-
baycanlı gənclərə böyük sevinc və harada yaşamasından asılı olmayaraq hər bir azər-
baycanlıya qayğı və diqqət göstərilməsinin qürurunu yaşatdı.
Hər bir əməli, hər bir işi ilə hamını yaxşılıq etməyə çağıran Mehriban xanım xe-
yirxahlıqməsələsində fəaliyyətsizliyə vaxt və vəsait çatışmazlığı ilə haqq qazandırmağın
düzgün olmadığını bildirir: “Bəzən sadəcə adi insani diqqət və iştirak belə şəxsi ianəyə,
şəxsi töhfəyə çevrilə bilər. İnsanın xeyirxah əməlləri isə hökmən bizim həyatımızda
yaxşılığın sayının artmasına gətirib çıxaracaqdır”
16
.