32
Müasir anlamda xeyriyyəçiliyin daha geniş məna daşıdığını, cəmiyyətin rifahı na-
minə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə etdiyini bildirən Mehriban Əliyeva
xeyriyyəçiliyi həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai
həyatın müxtəlif sahələrinin – təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafına
yönəldilə bildiyini açıqlayaraq, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də
məhz bu prinsipə arxalanaraq qurmuşdur.
Çoxşaxəli fəaliyyətində mərhəmət və humanizm kimi ümumbəşəri prinsiplərə sa-
diq qalan Mehriban Əliyevanın şəxsiyyətində nəciblik, qayğıkeşlik, insanpərvərlik kimi
yüksək mənəvi keyfiyyətlər öz təcəssümünü hər zaman real əməllərdə qabarıq şəkildə
büruzə verir. Heydər Əliyev Fondunun prezidentinin istər milli-mənəvi dəyərlərin qo-
runması və dünyada təbliği, elmin, təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiy-
yənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təmini yönümündə gördüyü işlər
bunun ən bariz sübutudur
17
.
Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun
üzünə bağlı qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir
şey və heç kəs ona kömək edə bilməz. Bu halda, o, üzünü bizim Fonda tutur. Mən demək
istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada
nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həl-
li üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik,
insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər
boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün
Heydər Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq”
18
deyən Mehriban
Əliyeva Fondun fəaliyyəti vasitəsi ilə Azərbaycanda xeyriyyəçilik ənənələrini dirçəltdi
və müxtəlif təşkilatların, ayrı-ayrı insanların arzularını, güc və imkanlarını bir araya
gətirməyə, onların bir məqsədə xidmət etməsinə müvəffəq oldu.
Mehriban xanım ictimai düşüncədə “bir çox sosial problemləri yalnız dövlət həll et-
məlidir” kimi stereotipi dəyişdirməyə cəhd etdi və cəmiyyətin bütün təbəqələrinin kə-
nar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail oldu. Bu gün Azərbay-
canda xeyriyyəçiliyin dirçəldilməsini Mehriban xanımın fəaliyyətindən kənar təsəvvür
etməyin mümkünsüzlüyü ictimai fikirdə birmənalı şəkildə qəbul edilən həqiqətdir.
Ümumiyyətlə, Fondun fəaliyyəti ictimai şüurda möhkəmlənmiş bir çox stereotipləri
sındırdı. Yeri gəlmişkən bir faktı da vurğulamaq istərdim. Məlumdur ki, Heydər Əli-
yev Fondunun həyata keçirdiyi genişmiqyaslı layihələrin öhdəsindən yalnız kollektiv
halında cəmləşmiş peşəkar mütəxəssislər gələ bilər. 2004-cü ildə Heydər Əliyev Fondu
yaradılarkən Mehriban Əliyevanın rəhbərliyi və bilavasitə iştirakı ilə qısa müddət ər-
zində təşkilatın hədəfləri, inkişaf strategiyası, dəyərlər sistemi və məqsədli auditoriyası
müəyyənləşdirildi və bununla da Fondun gələcəkdə uğurlu fəaliyyətinin möhkəm əsası
qoyuldu. “Məsuliyyətli işə yalnız çox təcrübəli insanı götürmək lazımdır” düşüncəsinin
mövcud olduğu illərdə Mehriban xanım kollektivə istedadlı gəncləri cəlb etməklə insan-
ların düşüncəsində yeni çevriliş etdi.