Təhsil müəssisələri, uşaq evləri və internatların monitorinqini apardığımız günləri
xatırlayıram. Mehriban xanım bu müəssisələrə şəxsən baş çəkirdi, mövcud problemlər-
lə maraqlanırdı, problemlər isə, əlbəttə ki, az deyildi. Uşaqların təhsil və tərbiyə aldığı
şərait – standartlara cavab verməyən sanitar-gigiyenik vəziyyət, qida məhsullarının ça-
tışmazlığı, istilik sisteminin yararsız vəziyyəti, akt və idman zallarının yoxluğu bizi çox
sarsıtmışdı. Vəziyyət heç də ürəkaçan deyildi. Məktəblərin birində sinif otağının tava-
nı bir dirəkdə güclə dayanmışdı. Bəzi müəssisələrdə tavanın damması səbəbindən bizə
çətirlə gəzməyi məsləhət görürdülər; demək olar ki, dam örtüyü yox idi. Bir sıra ucqar
rayonlarda məktəblər yararsız vəziyyətdə olduğundan bağlanmışdı. Bu və bir çox digər
amillər bizdə bəzən çarəsizlik hissi yaradırdı.
Qarşımızda mürəkkəb problemlərin həlli və təhsildə, valideyn himayəsindən məh-
rum olmuş uşaqların tərbiyə olunduğu uşaq evləri və internat məktəblərində köklü
dəyişikliklərə nail olmaq kimi hədəf dururdu. Bir-birindən fərqli iki layihəyə start ve-
rildi: “Uşaq evləri və internat məktəblərinin inkişafı” və “Yeniləşən Azərbaycana yeni
məktəb”. Hər ikisinin məsuliyyətini dərk edir və hər ikisini yüksək səviyyədə həyata
keçirməyə çalışırdıq.
Müasir dünyada hər bir ölkənin inkişafında, onun dünya birliyinə inteqrasiyasında
təhsilin əvəzsiz rolu olduğunu söyləyən Mehriban xanım “Yeniləşən Azərbaycana yeni
məktəb” proqramının müzakirəsinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı təh-
sildə olan problemlərə cəmiyyətin diqqətini cəlb etmək məqsədi ilə ölkəmizdə fəaliyyət
göstərən iş adamlarına, sahibkarlara, yerli və xarici şirkətlərə, qeyri-hökumət təşkilat-
38