larına, diplomatik korpusa müraciət edərək onları mövcud problemlərin həllində fəal
iştiraka dəvət etdi. Onun fikrincə, dövlət və filantropiyaya cəlb edilmiş vətəndaşlar və
özəl sektor öz aralarında əlaqəli şəkildə işləsələr, bu, daha çox səmərə verə bilər. Çox az
vaxt müddətində bu təklif ölkədə böyük əks-səda doğurdu. Mehriban xanım bu addı-
mı ilə Azərbaycanda həm dövlət strukturlarına, həm ictimai təşkilatlara, həm də özəl
müəssisələrə birgə layihələr həyata keçirmək üçün yeni mexanizm yaratmaq imkanı
verdi. Onun bu addımı müxtəlif qurumların ümumi ideyaya – xalqa xidmət ideyasına
işləyən təmas nöqtələrini tapdı və təcrübə göstərdi ki, ölkədə təmənnasız yardım et-
məyə, bu və ya digər sektorun inkişafına dəstək olmağa hazır olan çox insan var.
Layihə çərçivəsində ölkəmizin müxtəlif rayonlarında inşaat işlərinin gedişi ilə
şəxsən tanış olurdu. Mütəxəssislərin, yerli camaatın, müəllimlərin, şagirdlərin fikir
və təkliflərini dinləyirdi. İllər öncə inşa olunmuş və yararsız vəziyyətə düşmüş təhsil
müəssisələri yeniləri ilə əvəz olundu, ölkəmizin ən ucqar bölgələrində yeni məktəblər
inşa edildi. Nəticədə, iki mərhələdə həyata keçirilən bu layihə 100 mindən artıq şagirdə
Fondun təşəbbüsü ilə tikilmiş və bərpa edilmiş 412 məktəbdə təhsil almaq imkanı verdi.
Hər bir yeni məktəbdə idman meydançası yaradıldı, kompyuter sinifləri açıldı, üzgüçü-
lük hovuzları tikildi, məktəb kitabxanaları müasir avadanlıqla, müxtəlif dərsliklərlə və
ədəbiyyatla təmin edildi. Mehriban xanımın təşəbbüsü ilə reallaşan layihə Azərbaycan
dövləti tərəfindən dəstəkləndi və 10 il ərzində Azərbaycanda 2700 yeni məktəb binası
tikildi və ya təmir olundu.
39