5
Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub.
1982-
ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov
adına AzərbaycanDövlətTibb İnstitutununmüalicə-profilaktika fakültəsinə daxil olub.
1988-
ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplo-
mu ilə bitirib.
1988-1992-
ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz
Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
1995-
ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi
Azərbaycan Mədəniyyət Fondu təsis olunub.
1996-
cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması
məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını
təsis edib.
2002-
ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin və-
zifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda
olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya ku-
bokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya
çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatla-
rının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.
Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin ir-
sinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi
ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir. Heydər Əliyev Fondunun rəsmi açı-
lışı 2004-cü il mayın 10-da keçirilib.