6
2004-
cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin
qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehri-
ban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2004-
cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpi-
ya Komitəsinin IVBaş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2004-
cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən parti-
yanın sədr müavinidir.
2005-
ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva “İlin
qadını” adına layiq görülüb.
2005-
ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil
və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında
dostluğunmöhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyinmesenatla-
rı” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.
2005-
ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
2005-
ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbay-
can Partiyası tərəfindən 14 saylı Əzizbəyov (indiki Xəzər) ikinci seçki dairəsindən irəli
sürülmüş Mehriban Əliyeva 92,12% (23106 səs) səs toplayaraq deputat seçilib.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təh-
sil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılması-
na və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi
üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda
yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə
Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan edib.
Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə
görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli MülkiyyətTəşkilatının (WIPO)
qızıl medalına layiq görülüb.