73
Mehriban xanım öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq onun
tarixində yeni bir mərhələ açdı. Təbii ki, qədim və zəngin tariximizin hər bir səhifə-
sində Azərbaycan qadınının müdrikliyi və qəhrəmanlığının parlaq nümunələri olub.
Xalqımızın maariflənməsində, iqtisadiyyatımızın qurulmasında, mədəniyyətimizin
yüksəlişində və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında qadınlar daim
yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmişlər. Dünyanın bir çox ölkələrinin qa-
dınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, mədəniyyətin, incəsənətin, el-
min müxtəlif sahələrində ilk addım atması Azərbaycan qadınının işgüzarlığının və in-
tellektual potensialının aydın təzahürüdür.
Fərəhləndirici haldır ki, tariximizin hər bir mərhələsində olduğu kimi müasir dövr-
də də qadınlar milli-əxlaqi dəyərlərimizin və mədəni irsimizin qorunub saxlanılmasına,
ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətəndaş
cəmiyyəti quruculuğuna, mədəniyyətlərarası dialoqun formalaşmasına, Azərbaycanın
yüksəlişinin təmin edilməsinə öz töhfələrini əsirgəmirlər.
Müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunma-
sının əsas prioritetlərindən birini gender bərabərliyi təşkil edir. Azərbaycanın gender
məsələləri ilə bağlı dövlət siyasəti də qadınların bərabər imkanlarının gerçəkləşdirilmə-
sinə yönəlmişdir. Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram, ölkəmizdəki sa-
bitlik və demokratik mühit onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını göstər-
məsi üçün bütün lazımi şəraiti təmin edir. Bu gün Azərbaycanda elə bir sahə yoxdur
ki, orada qadınlar iştirak etməsin. Azərbaycan qadını öz sözünü deyir və öz mövqeyini
sərbəst nümayiş etdirir.
Qadının gücü, güc mənbəyi ilk baxışdan
çox sadə görünən xeyirxahlıq, sevgi və
mərhəmət kimi əbədi duyğulardadır.
Mehriban Əliyeva