74
Mehriban xanımın milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti müasir Azərbay-
can qadınının cəmiyyətdəki mövqeyi və rolu barədə aydın təsəvvür yaradır. Onun şəx-
siyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik
kimi keyfiyyətlər öz parlaq təcəssümünü tapıb. Onu gözəllik, xeyirxahlıq və mərhəmə-
tin rəmzi hesab edirlər, bir çoxları özlərini Mehriban xanıma bənzədir. Bu gün hər bir
Azərbaycan qadını öz fəaliyyətində onun yorulmaz fəaliyyətini özünə örnək hesab edir,
ondan nümunə götürərək cəmiyyətdə öz yerini tapmağa çalışır.
Azərbaycan qadını haqlı olaraq Mehriban Əliyevanın timsalında bir etibarlı dayaq
görür, problemlərinə, mənəvi, ruhi, maddi ehtiyaclarına məlhəm qoyan, yardım edən
çox doğma, munis Azərbaycan qadınının varlığına güvənir
27
.
Onun fikrincə, qadınları iki model ilə üz-üzə qoymaq düzgün deyil: “Belə hesab olu-
nur ki, Şərq qadını daha çox ailəyə bağlıdır, Qərb qadını isə cəmiyyətdə yüksək mövqe
axtarır. Reallıq isə iki mövqedən də çox-çox uzaqdır. Mən elə hesab edirəm ki, həm Şərq
qadını, həm Qərb qadını tarix boyu elə nailiyyətlər əldə edib ki, onlardan biz hamımız
faydalana bilərik. Bu yanlış stereotipdən bu məsələdə uzaq olsaq, bu, həm Şərqə, həm də
Qərbə kömək edə bilər”
28
.