77
Azərbaycanın birinci xanımı bu qənaətdədir ki, qadın hüquqlarının qorunması hər
bir cəmiyyətin inkişafı və sağlam gələcəyi baxımından son dərəcə vacibdir. Güclü qa-
dın, ilk növbədə, ana kimi övlad dünyaya gətirməklə yanaşı, onun mənəvi tərbiyəsində,
cəmiyyət üçün layiqli insan və kamil şəxsiyyət kimi yetişməsində, dünyaya yetkin baxı-
şının formalaşmasında mühüm rol oynayır. Bu baxımdan qadınlara geniş hüquqların
verilməsi, onların cəmiyyətdə layiqli yerinin təmin edilməsi, ilk növbədə, sağlam nəs-
lin formalaşması, xalqın genetik saflığının qorunub-saxlanması baxımından vacibdir.
Qadınlara özünütəsdiq imkanı yaratmaq, onların qabiliyyət və bacarığından səmərəli
şəkildə istifadə etmək sağlam gələcəyini düşünən hər bir dövlətin əsas vəzifəsidir
29
.