78
Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması”
mövzusunda beynəlxalq konfransda bütün bu məsələlərə diqqət çəkən UNESCO və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım respublikamızda qadınlara ailə dəyər-
lərinin daşıyıcısı kimi tarixən hörmətlə yanaşıldığını xüsusi vurğulamışdır: “Bizi na-
rahat edən digər problem məişət zorakılığıdır. Hətta ən inkişaf etmiş cəmiyyətlərdə
qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Azərbaycan da istisna deyildir. Digər
ölkələrdə olduğu kimi, bizim ölkədə də məişət zorakılığını müəyyən etmək çox çətin
olur. Bununla belə, qadınlar və uşaqlara qarşı hər hansı zorakılıq, hətta bir hadisə olsa
belə, qəbuledilməzdir. Qeyd etmək istəyirəm ki, ənənələrimiz və mentalitetimizdən is-
tifadə edərək, bu cür davranışa rəvac vermək mənəviyyatsızlıqdır. Azərbaycan xalqının
adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiy-
yətimizin ən mühüm və qiymətli dəyərləri olmuş və olaraq qalır. Azərbaycanlılar üçün
ana müqəddəs simadır”
30
.