Background Image
Previous Page  20 / 124 Next Page
Information
Show Menu
Previous Page 20 / 124 Next Page
Page Background

18

Mahur təsnifi

Nazənin

Sözləri: Aşıq Ələsgər

Səhər-səhər bağda gəzən nazənin, –2

Dəstinlə qönçəni üz, qadan alım. –2

Süsəndən, sünbüldən, lalə, nərgizdən, –2

Siyah tellərinə düz qadan alım. –2

Nəqərat:

Nazlanıb-nazlanıb özünü öymə,

Belə süzgün baxıb qəlbimə dəymə.

Yaralı könlümü gəl sən incitmə,

Qoyma sinəm üstə köz, qadan alım. –2

Aşıq Ələsgərin dərdini bilsən, –2

Ağladıb çeşminin yaşını silsən. –2

Əgər qədəm qoyub bir bizə gəlsən, –2

Yerin var göz üstə, gəl qadan alım. –2

Nəqərat: