Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçında yekun vurulub. “Aşıq mahnıları yeni səslənmədə” adlı konsert proqramı Həkəri çayı ətrafında açıq səma altında təşkil olunub. Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəman bütün laçınlıları salamlayaraq...