Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamı əsasında yaradılıb. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.


Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli Fərmanı ilə Heydər Əliyev Mərkəzinin Əsasnaməsi təsdiq edilib. Əsasnaməyə əsasən Mərkəz aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:


- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsini və Heydər Əliyev irsini tədqiq və geniş təbliğ etmək, bu istiqamətdə tədbirlər həyata keçirmək.


- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya, iqtisadiyyat və digər sahələrdə qorunması və inkişaf etdirilməsini təmin etmək üçün tədbirlər görmək və təkliflər hazırlamaq.


- Azərbaycan tarixi, mədəniyyəti, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği;


- elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi və onların inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi;


- Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq konfrans, simpozium, muzey, sərgi, ekspozisiya və digər tədbirlər təşkil etmək.


- Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər qurumlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi.


Heydər Əliyev Mərkəzinin binasının təməli 2007-ci il sentyabrın 10-da qoyulub, rəsmi açılışı 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə olub.


Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası  müasir Bakının rəmzlərindən biri hesab olunur. Kompleks müasirliyi və yeniliyi özündə təcəssüm etdirən unikal arxitektur quruluşa malikdir.


Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur.


Paylas: