Gürcüstanın Dmanisi şəhərində kompyuter-tədris mərkəzi

  • Layihə
  • Foto


Gürcüstanın Dmanisi şəhərindəki kompyuter-tədris mərkəzi Heydər Əliyev Fondu tərəfindən 2007-ci ildə inşa olunmağa başlamışdır və 2008-ci il iyunun 15-də istifadəyə verilmişdir.  


İkimərtəbəli binada sinif otaqları, iki böyük zal, kitabxana, yardımçı otaqlar, yeməkxana, müəllimlər otağı vardır. Mərkəzdəki 72 kompyuter internetə qoşulmuşdur və burada pulsuz kompyuter dərsləri keçirilir. Heydər Əliyev Fondu mərkəzi əyani vəsaitlərlə – kitablar, dərsliklər, CD və DVD-lərlə təmin etmişdir.


Bina istilik sistemi ilə təchiz olunmuşdur. Mərkəzin ətrafı abadlaşdırılmışdır. 



Paylas:

001.JPG
003.JPG
005.JPG