Məhdud Fiziki İmkanlı İnsanlar üçün Gəncə Regional İnformasiya Mərkəzi

  • Layihə
  • Foto


Heydər Əliyev Fondunun fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirdiyi layihələrindən olan Gəncə Regional İnformasiya Mərkəzinin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisidir. 2011-ci il fevralın 9-da Prezident İlham Əliyev Gəncədə Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib.


Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə yaratdıqları mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, kompyuter mərkəzi vardır. Oxu zalında gözdən əlillər üçün brayl əlifbası ilə nəşr olunmuş 1000-ə yaxın kitab, habelə zəif görən insanlar üçün böyük şriftlə çap edilmiş kitablar, 4 ədəd brayl displeyi, 2 ədəd “kitab həvəskarı - kompakt” sərbəst oxuyan maşın, 2 ədəd “videolight” böyüdücü cihazı və müvafiq printer var. Mərkəzdəki kompyuterlər əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən oyunlarla təmin edilib. Kitabxanada nitq və eşitmə problemi olanlar üçün subtitrli filmlər göstərilir. Regional İnformasiya Mərkəzinin internet saytı istifadəçilərə lazımi informasiyanı əldə etməklə yanaşı, “tanışlıq” bölməsinin köməyi ilə bir-biriləri ilə ünsiyyət qurmağa imkan yaradır. Mərkəzə əlil arabası daxil olmaq və maneəsiz hərəkət etmək üçün hər cür şərait yaradılıb.


Mərkəzin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və Naftalan şəhərindən olan 60 mindən çox fiziki qüsurlu insan istifadə edir. 



Paylas:

01.jpg
02.jpg
03.jpg
04.jpg
04+.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg
09.jpg
010.jpg