HAF-OMBUDSMAN-AMAKDASHLAR-ZIYARAT .JPG
11 dekabr 2010

Ombudsmanın uşaq hüquqlari üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri Heydər Əliyev Fondunda olublar

Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri dekabrın 11-də Heydər Əliyev Fondunda olmuşlar.


Uşaqlara Fondun çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir.

 

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.


 Bildirilmişdir ki, Fond elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə, uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşdırılması, diabet və talassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, müasir tələblərə cavab verən yeni məktəb binalarının, elm mərkəzlərinin tikilib istifadəyə verilməsi, zəngin mədəniyyətimizin öyrənilməsi və təbliği üçün həyata keçirilən layihələr Fondun fəaliyyətinin prioritet istiqamətini təşkil edir.

 

Məlumat verilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurmuşdur.

 

Qonaqlar ulu öndər Heydər Əliyevin uşaqlara diqqət və qayğısı ilə bağlı məlumatları diqqətlə dinləmişlər.

 

Uşaqlar Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.


FOTO