MDB-IDMAN SHURASI -HEYDAR ALIYEV FONDU TANISHLIQ.JPG
15 aprel 2011

MDB-nin Bədən Tərbiyəsi və İdman üzrə Şurasının iştirakçıları Heydər Əliyev Fondunda olublar

MDB-nin Bədən Tərbiyəsi və İdman üzrə Şurasının iştirakçıları aprelin 15-də Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fond haqqında məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Fond ulu öndərin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.

 

Fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa etmişlər.

 

Qonaqlar Fonddan zəngin təəssüratla ayrılmışlar.


FOTO