FOND-TURKIYA-AMAK NAZIRLIYI.jpg
14 aprel 2011

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Azərbaycanda səfərdə olan Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti aprelin 14-də Heydər Əliyev Fondunda olmuşdur.


Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fond haqqında məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənmək və təbliğ etməklə yanaşı, həm də müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.

 

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlarla tanış olmuş, görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə dair materiallara, Azərbaycan-Türkiyə əlaqələrini əks etdirən fotoşəkillərə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər.

 

Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Əhməd Zahteroğulları Fondun xatirə kitabına ürək sözlərini yazmışdır.

 

Qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.


FOTO