03.JPG
29 iyun 2011

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Heydər Əliyev Fondunda olub

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Heydər Əliyev Fondunda olmuşdur.


Fələstin Dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verdilər.

 

Bildirildiki,Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi,humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

 

Prezident Mahmud Abbas ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldu.

 

Fondla tanışlıq zamanı Fələstin Dövlətinin Prezidentinə məlumat verildiki,ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

 

Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

 

Prezident Mahmud Abbas Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Fələstin Dövlətinin Prezidentinə xatirə hədiyyəsi və Fondun fəaliyyətindən bəhs edən kitab təqdim etdi.

 

Ali qonaq Fonddan zəngin təəssüratla ayrıldı.



FOTO