FOND-MUSABIQA-GANCLAR - ZIYARAT.JPG
23 iyul 2011

“Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqənin iştirakçıları Heydər Əliyev Fondunda olublar

Gənclər və İdman Nazirliyinin Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə bu ilin yanvar-may aylarında tələbələr arasında keçirdiyi “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqənin iştirakçıları iyulun 23-də Heydər Əliyev Fondunda olmuşlar.


Avstriya, Özbəkistan, Moldova, Malayziya, Qazaxıstan, Polşa, Misir və Küveytdən olan tələbə gənclərə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fond haqqında məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənmək və təbliğ etməklə yanaşı, həm də müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək edir.

 

Gənclər fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlarla tanış olmuş, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər.

 

Müsabiqə iştirakçılarına ümummilli lider Heydər Əliyevin Azərbaycanda gənclərə göstərdiyi diqqət və qayğı, ölkəmizdə elmin, təhsilin inkişafında misilsiz xidmətləri barədə də məlumat verilmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin, milli mədəni dəyərlərimizin qorunması və təbliği, ölkəmizdə elm, təhsil və səhiyyə ilə bağlı layihələr həyata keçirir.



FOTO