TATARISTAN PREZIDENTI-SAFAR-HAF.JPG
2 mart 2011

Tatarstan Respublikasının prezidenti Rüstəm Minnixanov Heydər Əliyev Fondunda olub

Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarstan Respublikasının Prezidenti Rüstəm Minnixanov martın 2-də Heydər Əliyev Fondunda olmuşdur.


Qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fond haqqında məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

 

Fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən Tatarstan Prezidenti və onu müşayiət edən şəxslər görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər.

 

Tatarstan Respublikasının Prezidenti Fondun xatirə kitabına ürək sözlərini yazmışdır.

 

Qonağa xatirə hədiyyəsi təqdim olunmuşdur.

 

Rüstəm Minnixanov Heydər Əliyev Fonduna hədiyyə təqdim etmişdir.

 

Qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.


FOTO