uluslararasi-iliskiler-.jpg
7 noyabr 2012

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Bursada keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan stendi təşkil edib

7 noyabrda Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Bursada keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan stendi təşkil edib.


Bursa Uludağ Universitetinin Mete Cengiz Mədəniyyət Mərkəzində Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi, Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi, Türkiyə Nazirlər Kabineti İctimai Diplomatiya Koordinatorluğu və Mətbuat, İnformasiya Baş İdarəsi, Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) və Bursa valiliyinin dəstəyi ilə “Türkiyənin qonşularla əlaqələri” mövzusunda keçirilən konfransda Yaxın Şərq və ərəb ölkələrində baş verən proseslərlə bağlı məruzələr təqdim olunur.


Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin konfrans zalının geniş foyesində təşkil etdiyi stend müxtəlif ölkələrdən gəlmiş alimlərin böyük marağına səbəb olub. Burada fondun ölkəmiz, xüsusilə Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında nəşr etdirdiyi kitablar, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan və dünyanın müxtəlif ölkələrində görülmüş xeyriyyə işləri barədə məlumatlar, mədəni irsimizin, o cümlədən xalçaçılıq sənəti və ecazkar muğamımızın dünyada tanıdılmasına dair eksponatlar nümayiş olunub.


FOTO