19 yanvar 2013

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirib

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı İstanbul və Bursanın Uludağ universitetlərində tədbirlər keçirib.


Fondun Türkiyə təmsilçiliyinin rəhbəri Samir Cəfərov tədbirlərdə iştirak edən azərbaycanlı tələbələrə Qanlı Yanvar hadisələri, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xalqımızın müstəqillik və torpaqlarımızın müdafiəsi uğrunda mübarizəsi haqqında ətraflı məlumat verdi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin bu dəhşətli qətliamdan sonra dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya qoşun yeridilməsi və günahsız insanların amansızlıqla qətlə yetirildiyinin pislədiyini vurğuladı.


Tələbələrə Heydər Əliyev Fondunun hazırladığı kitablar və broşürlər paylanmış, 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.