01_ISTANBUL-TAKSIM-MITINQ-XOCALI.jpg
26 fevral 2012

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı yürüş keçirib

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı izdihamlı yürüş keçirmişdir.


Təmsilçilikdən bildirmişlər ki, fevralın 25-də Bursanın mərkəzi meydanında keçirilən yürüşdə Bursa sakinləri, azərbaycanlı tələbələr və şəhərin qonaqları iştirak etmişlər. Yürüş iştirakçıları əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqları tutmuş, “Hamımız xocalılıyıq” şüarları səsləndirmişlər. Şəhərin qeyri-hökumət təşkilatları mərkəzi prospektlərdən birinə “Xocalı” adı verilməsi haqqında bələdiyyəyə müraciəti də dilə gətirmişlər.


Bursa yürüşü Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin Atatürkün abidəsi önündə oxunan mətbuat açıqlaması ilə başa çatmışdır.


Bursa sakinləri meydanda qurulmuş və Xocalı soyqırımı dəhşətlərini əks etdirən stendlərlə də tanış olmuşlar. Tədbirdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində imzalar da toplanmışdır.



FOTO