2013-2014-cü illərdə Heydər Əliyev Fondu, STMEGİ Beynəlxalq Dağ Yəhudiləri Xeyriyyə Fondu və “İsrail-Azərbaycan” (AZİZ) Beynəlxalq Assosiasiyası tərəfindən İsrailin müxtəlif şəhərlərində “Xocalıya ədalət” fotosərgisi təşkil olunub. Fotosərgidə Xocalı soyqırımını əks etdirən şəkillər sərgilənib.
Bütün sərgilərdə onun keçirildiyi şəhərin rəhbərliyi, ictimai təşkilatların başçıları, mətbuat nümayəndələri iştirak edib, sərgi yerli və xarici KİV-lərdə geniş işıqlandırılıb.