2013-cü il iyulun 5-də Kannda Azərbaycana həsr olunmuş fotosərginin açılışı və caz konserti olub. Xalqımızın qədim adət-ənənələrinin, həyat tərzinin, müasir Azərbaycanın əks olunduğu foto sərginin təşkilində məqsəd Azərbaycanın malik olduğu mədəni dəyərləri və bundan irəli gələn zənginliyi Avropa tamaşaçılarına çatdırmaqdır.
Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə caz konserti olub.