Azərbaycanın COP28-dəki pavilyonu

  • Layihə
  • Foto


Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də pavilyonla təmsil olunub.

 

Dubayda COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edib.

 

Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulub.

 

İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilib.

 

Pavilyonda “Enerji keçidi”, “Ətraf mühit xəritəsi”, “Bərpa olunan enerji”, “Ağıllı kənd” və digər bölmələr fəaliyyət göstərib. İnteraktiv formatdakı “Azərbaycanın Ətraf Mühit Xəritəsi” Milli Parklar, İqlim növləri, Bərpa olunan enerji, Su ehtiyatları və Yaşıl konsepsiyanı əks etdirib. Hər mövzu mövcud infrastruktur və gələcək layihələr haqqında ətraflı məlumatlarla Azərbaycanın xəritəsini təqdim edib. Pavilyondakı instalyasiyada Azərbaycan Respublikasının “Qırmızı kitab”ı, iqlim təşəbbüsləri və minalarla mübarizə mövzusu da əhatə olunub.

 

Pavilyondakı “Ağac ək” bölməsində isə Ermənistanın işğalı zamanı dağılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusən də Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri təqdim olunub. 


1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.jpg
11.jpg