Qaxda V.Əliyev adına 3 nömrəli tam orta məktəb

  • Layihə
  • Foto


Qax şəhərində yerləşən V.Əliyev adına 3 nömrəli tam orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.

 

Məktəb 1950-ci ildə inşa olunduğundan istifadəyə yararsız vəziyyətə düşmüşdü. 2023-cü ilin yanvarında yeni məktəbin tikintisi ilə bağlı işlərə başlanılıb və sentyabrda təhsil ocağı istifadəyə verilib.

 

Üçmərtəbəli və üç korpusdan ibarət olan məktəb binası 320 şagird yerlikdir. Təhsil müəssisəsində yaradılan 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Burada açıq idman meydançası da qurulub. Həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.


01_HEYDA ALIYEV FONDU-QAX-MAKTAB-ACILISH.jpg
014- Qax- maktab.jpg
016- Qax- maktab.jpg
017- Qax- maktab.jpg
020- Qax- maktab.jpg