Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi

  • Layihə
  • Foto


Yeni Günəşli yaşayış massivində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi” Heydər Əliyev Fondunun və Rusiyanın “Uralsib” maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində inşa edilib.


2007-ci il noyabrın 5-də Heydər Əliyev Fondu ilə “Uralsib” maliyyə korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Birgə layihə çərçivəsində mərkəzin tikintisinə başlanılıb və bina 2011-ci il aprelin 5-də istifadəyə verilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.  


1700 kvadratmetr sahəsi olan mərkəz ən müasir standartlara uyğun tikilib və ən müasir avadanlıqla təchiz olunub. Mərkəzdə uşaqların müalicəsi üçün qum terapiyası, artterapiya üsullarından, müalicəvi vannalardan istifadə edilir. Uşaqlarla sosial mühit oriyentasiyası tədrisi aparılır, onlara müstəqil yaşamaq vərdişləri öyrədilir.


Psixoloji sərbəstlik - sensor terapiya kabineti psixoemosional vəziyyəti yaxşılaşdırmaq, narahatlıq və aqressiyanı azaltmaq, qorxu və sinir gərginliyini aradan götürmək, normal yuxunu bərpa etmək, psixoloq və uşaq arasında etibarlı kontakt yaratmaq məqsədi daşıyır.


Mərkəzdə uşaq serebral iflicindən əziyyət çəkənlər üçün balneoterapiya da həyata keçirilir. Hovuzda uşaqların çəkisi iki dəfə azaldığından, onlar hərəkət etməyə qorxmurlar. Nəticədə hətta ağır xəstələr də sərbəst üzməyi öyrənə bilir. Bu terapiyanın daha səmərəli olması üçün gələcəkdə hovuza xüsusi qaldırıcı qurğunun alınması planlaşdırılır. Qurğu hərəkət etməyən uşaqların da bu terapiyadan istifadə etməsinə imkan yaradacaq.


Mərkəzdə müalicə ilə yanaşı, tədris işləri də aparılır. Uyğunlaşma tədrisi otağında uşaq və yeniyetmələrin tədrisi oyun və oyuncaqlar vasitəsilə əyləncəvi formada həyata keçirilir. Mərkəzdə uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi də həyata keçirilir. Bunun üçün ayrılan xüsusi otaqda müayinə və qiymətləndirmə 3 mütəxəssis - pediatr, nevroloq və psixoloq tərəfindən aparılır.


Mərkəzdə bütün otaqlarda müşahidə kameraları quraşdırılıb. Alınan videogörüntü mərkəzin holundakı böyük monitorlara ötürülür. Bu, valideynlərə uşaq və yeniyetmələrin reabilitasiya prosesini müşahidə etmək imkanı verir.


Mərkəzin həyətində açıq idman meydançası və əyləncə meydançası yaradılıb.


Mərkəz uşaqların bura gətirilməsi və sonradan evlərinə aparılması üçün “Hyundai” markalı avtobusla təmin edilib. 



Paylas:

01.gif
02.gif
03.gif
04.gif
05.gif
06.gif
07.gif
08.gif
09.gif
010.gif
011.gif
012.gif
013.gif
014.gif
015.gif
016.gif
017.gif
018.gif
019.gif
020.gif
022.gif
023.gif
024.gif
025.gif
026.gif
027.gif
028.gif
029.gif
030.gif
031.gif
032.gif
033.gif