Cıdır düzündə yerləşən Mir Möhsün Nəvvab Qarabağinin məzarı və qəbirüstü abidəsi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.
Şuşa şəhəri işğal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağinin Cıdır düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdı. 2023-cü ilin mart ayından ərazidə müvafiq işlərə başlanılıb və qəbirüstü abidə bərpa olunub.