Parisdə “Azərbaycan – tolerantlıq məkanı” adlı foto-sərgi

  • Layihə
  • Foto
  • Mətbuat


2013-cü il noyabrın 22-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan – tolerantlıq məkanı” adlı foto-sərginin açılışı olub.

 

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Fransanın dövlət və hökumət rəsmiləri, UNESCO-nun baş direktoru  İrina Bokova, ISESCO-nun baş direktoru Əbduləziz Osman Əl-Tüveycri, Parisin VII rayonunun meri Rəşidə Dati, senatorlar, deputatlar, tanınmış incəsənət ustaları, fransız ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları iştirak ediblər.

 

Foto-sərgidə Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənib.



Paylas:

01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg
09.jpg
010.jpg
011.jpg
012.jpg
013.jpg
014.jpg
015.jpg
016.jpg
017.jpg
018.jpg
019.jpg
020.jpg

Parisdə nəşr olunan “Grands reportages” jurnalında noyabrın 22-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində soydaşımız, tanınmış fotoqraf Reza Deqatinin Heydər Əliyev Fondunun təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan – tolerantlıq məkanı” fotosərgisi haqda məqalə dərc edilib. “Reza-Tolerantlığa ehtiram”...

Fransanın “purepeople.com” saytında Heydər Əliyev Fondunun təşəbbüsü ilə noyabrın 22-də Parisdə təşkil olunmuş “Azərbaycan – tolerantlıq məkanı” foto sərgisi haqqında məqalə dərc edilib. Məqalədə bildirilir ki, tanınmış fotoqraf Reza Deqatinin Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş sərgisinin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun...