VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı

  • Layihə
  • Foto

VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı çərçivəsində Bakıda 17-18 sentyabrda uşaqlar üçün “Qız qalası” festivalı keçirilib. Festivalda 30-dək iştirakçı öz əl işlərini təqdim edib. Bakının müxtəlif yaradıcılıq ocaqlarından gəlmiş gənc rəssamlar Qız qalasının maketlərini öz istədikləri şəkildə bəzəyərək fərqli əsərlər yaradıblar. Festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn turistlər, qonaqlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.

 

2016-cı il 18-21 sentyabrda Heydər Əliyev Fondunun təşəbbüsü ilə VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçirilib.

 

Eyfel qülləsinin yanındakı Jofr meydanında fəaliyyət göstərmiş “Azərbaycan şəhərciyi”ndə təşkil olunan festivalda 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan “Qız qalası” maketləri sərgilənib.  



Paylas:

01.jpg
02.jpg
3.JPG
4.JPG